Ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsinə bir aydan az vaxt qalsa da, taksi şirkətləri qiymətləri kəskin artırıb. Bahalaşmaya baxmayaraq xidmət səviyyəsi isə yüksəlməyib. Əksinə taksidən istifadə edən sərnişinlər son vaxtlar xidmətdən daha çox narazılıq etməyə başlayıblar.
Bizim.Media-ya bununla bağlı müraciət edən bir neçə sərnişinin bildirdiyinə görə taksi sürücüləri onların sifariş etdikləri ünvana düzgün getmirlər, əvəzində sərnişindən xeyli yol qət edib taksinin dayandığı yerə gəlməsini tələb edirlər. Bundan əlavə isti havada, tıxacda gözləmələrinə baxmayaraq taksi sürücüləri kondinsioneri işə salmırlar. Yalnız etiraz etdikdən sonra bu tələbə əməl etməli olurlar. Təkcə bununla bitmir, bəzən kondisioneri işə salmaq üçün sərnişindən əlavə ödəniş də istəyirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, əslində taksi qiymətlərindəki artım xidmət səviyyəsinin yüksəlməsi ilə əlaqədar olub:
“Amma görünən odur ki, xidmət səviyyəsində heç bir dəyişiklik yoxdur. Burada əsas məsələ işlərin düzgün qurulmamasıdır. Həmçinin daşıyıcı şirkətlərin cəlb etdiyi nəqliyyat vasitələrinin müxtəlif texniki parametrlərə cavab verə bilməməsidir. Cavab verə bilsə belə, bəzi prosesslərin yarımçıq qalmasıdır. Məsələn, daşıyıcı şirkətin nümayəndəsi yanacağın çox sərf olunmasını bəhanə gətirərək kondisioneri yandırmır. Ona görə də hal- hazırda qiymətlərdə artım var. Bu məsələ ilə bağlı görüləcək çox işlər var. Düşünürəm ki, ən başlıca meyar insanların taksi şirkətlərinə öz iradlarını sosial platforma üzərində çatdırmalarıdır ki, bu da həll üçün rol oynayır”.
Qeyd edək ki, gələn ayın 1-dən ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
Nailə Kərim, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 07.06.2024
Taksi BAHALAŞDI - Xidmət səviyyəsindən narazılıqlar isə DAVAM EDİR...
Hazırda oxunan: Taksi BAHALAŞDI - Xidmət səviyyəsindən narazılıqlar isə DAVAM EDİR...
Hazırda oxunan: Taksi BAHALAŞDI - Xidmət səviyyəsindən narazılıqlar isə DAVAM EDİR...
Taksi bahalaşdı, xidmət səviyyəsindən narazılıqlar isə davam edir. Qiymətlərdəki artımın xidmət səviyyəsinə heç bir təsiri olmadığı vurğulanır. Taksi sürücülərinin istifadəçilərə qarşı davranışları və şikayətlər ətraflı şəkildə izah olunur.
196046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.