Bakı-Sumqayıt yolunda yük maşınının təkəri yerindən çıxaraq təhlükə yaradıb.
Bizim.Media xəbər verir ki, hadisə iyunun 5-də Sumqayıtdakı maşın bazarının qarşısında qeydə alınıb.
İddialara görə, yük maşınının arxa təkərlərindən biri qəfildən çıxıb. Belə ki, təkər yol boyu hərəkət edərək qəza riski yaradıb. Bu zaman yük maşınının sürücüsü sola manevr edib və baş verə biləcək təhlükənin qarşısını alıb. Daha sonra təkər yolun qırağına istiqamətlənib.
Bizim.Media