Şəhidin qardaşı: “Qardaşımın məzarının yerinin məlum olması böyük təsəllidir” - FOTO

Hazırda oxunan: Şəhidin qardaşı: “Qardaşımın məzarının yerinin məlum olması böyük təsəllidir” - FOTO

Şəhidin qardaşı, 32 ildir itkin düşdüyü ehtimal edilən Abbasovun məzarının və dəfn yerinin məlum olmasını böyük təsəllidir. Naqif Abbasov, Ədalət Abbasovun dəfn olduğu yeri öyrənişləri və vətən uğrunda şəhadətindən bahs edir.
196017

“32 ildir anamın gözləri yolda idi. Nəhayət ki, qardaşımın yeri artıq məlumdur. Bu, bizim üçün böyük təsəllüdür. Ədalət orduya könüllü yollanmışdı. O torpaqlarımızın ermənilər tərəfindən işğal olunması ilə barışmırdı. Sonuncu dəfə onunla itkin düşməmişdən 3-4 gün əvvəl əlaqə saxlamışdıq. Deyirdi erməniləri məhv edib torpaqlarımızı azad edəcəyik. 1993-cü ilin oktyabrın 10-dan sonra ondan xəbər olmadı. Amma biz dövlətimizə, onun rəhbərinə inanırdıq. Bilirdik ki, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız azad ediləcək, itkin düşən əsgərlərimizin heç olmasa qalıqları aşkar edilərək öz boya-başa çatdığı torpaqda dəfn olunacaq”.

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Ədalət Vilayət oğlu Abbasovun qardaşı Naqif Abbasov verib.

Onun sözlərinə görə, indi artıq vətən uğrunda canından keçən qardaşının məzarı, dəfn olunduğu yer məlumdur və onlar istədikləri vaxt qardaşını ziyarət edə biləcəklər:

“Anamın, bacımın adından, öz adımdan bir daha Ali Baş Komandana, dövlət qurumlarına təşəkkür edirəm ki, mənim qardaşımın məkanı artıq məlum oldu. Allah mənim qardaşımla birgə vətən uğründa canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun” deyə şəhidin qardaşı əlavə edib.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin