Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Eldarov Rasim Səfər oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Füzuli rayonunun Kürdmahmudlu kəndində naməlum şəhid kimi dəfn olunmuşdu.
Bizim.Media xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Ulaşlı-Şıxlı kəndinə gətrilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Eldarov Rasim Səfər oğlu Birinci Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Bizim.Media