Azad edilmiş ərazilərdə gecələmək üçün şərait varmı? - VİDEO

Hazırda oxunan: Azad edilmiş ərazilərdə gecələmək üçün şərait varmı? - VİDEO

195938

Azad edilmiş ərazilərə səfərlərə maraq böyükdür, lakin orada heç də hər yerdə gecələmək üçün şərait yoxdur. Turistlərin qalması üçün hazırda Şuşa, Zəngilan və qismən Laçında şərait yaradılıb.

Şusada qısa müddətdə "Qarabağ", "Xarıbülbül", "Yasəmən" otelləri, Otel-Konqres Mərkəzi açılıb, Zəngilanda "Ağalı" oteli tikilib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Şuşa Hotel və Konfrans Mərkəzindən "Sputnik Azərbaycan"a bildirilib ki, hazırda kompleksin otelində standart otaqda bir gecə iki nəfər üçün 300 manatdır.

Laçında otel inşa olunmasa da, konteyner tipli koteclərdə gecələmək imkanı var: iki nəfər üçün 40 manat.
"Hələki işğaldan azad olunmuş yerlərdə qalma yerləri məhduddur. Hazırda daxili turistlərin qəbulu üçün qısamüddətli səfərlər təşkil olunur. Amma gələcəkdə uzunmüddətli səfərlər də nəzərdə tutulur", - deyə turizm üzrə ekspert Ceyhun Aşurov mövzunu davam etdirib.

O, işğaldan azad olunmuş ərazilərin sağlamlıq turizmi potensialına görə məşhur kurortlardan geri qalmadığını da vurğulayıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin