Azərbaycanda artan CIRLAŞMA - Genimizi necə xilas edək?

Hazırda oxunan: Azərbaycanda artan CIRLAŞMA - Genimizi necə xilas edək?

Azərbaycanda artan cırlaşma ilə bağlı mütəxəssisələr nəsli necə xilas etmək olar? Qohum evliliklərinin genofondu necə təsirlədiyini və genetik sağlamlıq üçün nə edilməli olduğunu açıqlayır.

195935

Hündürboylu olmaq çoxunun arzusudur və belə insanların daha xarizmatik olması ilə bağlı daim fikirlər səslənir. Lakin son illər ucaboylu insanların sayı azalıb. Hətta cəmiyyətimizdə ciddi şəkildə cırlaşma müşahidə edilir.

Bəs cırlaşmanın səbəbləri nədir? Qarşısını almaq üçün nə etmək olar?

Tibb elmləri doktoru, profssor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, inkişafda olan gənc nəslin fiziki parametrləri ilə intellektual parametrləri arasındakı fərqə görə müxtəlif terminlər işlədilir:

“Məsələn, akselerasiya və retardasiya. Akselerasiya fiziki inkişafın əqli inkişafı üstələməsidir. Bu uşaqlar öz yaşıdlarından daha hündür, iri olurlar və intellektual inkişaf boydan geri qalır. Akselerasiya mütəmadi olaraq ayrı-ayrı nəsillərdə müşahidə edilir. Ötən əsrin 70-ci illərində akselerasiya var idi. Retardasiya isə cırlaşmadır. Bu, o deməkdir ki, əqli inkişaf fiziki inkişafı üstələyir. Yəni uşaqlar boy və bədən ölçülərinə görə yaşıdlarından geri qalırlar”.

Həkim qeyd edib ki, günümüzdə uşaqların cırlaşması həm də müxtəlif amillərə söykənir

“Ekoloji faktorları, stresi, qidalanmanı qeyd edə bilərik. Bu məsələ ən əsas genetik faktorlara bağlıdır. Azərbaycanda uzun müddət qohum evliliklərinin olması yeni nəslin ata-anadan daha sağlam geni götürmək imkanını məhdudlaşdırdı. Buna görə də Azərbaycanda genetik xəstəliklər yetərincədir. Talassemiya da bu siyahıya aiddir. Yeni nəslin sağlam olmasına ehtiyac var. Qohum evliliklərindən uzaqlaşmaq lazımdır.

Yavaş-yavaş gen xəritələri ortaya çıxdıqca, ayrı-ayrı şəxslərin genetik kodları, xəstəlikləri, deformasiyaları, mutasiyaları müəyyən edildikcə potensial xəstəliklər haqqında proqnoz vermək mümkün olacaq. Məsələn, bu gün talassemiya xəstəliyi ilə bağlı bu imkan əldədir. Bu, çox yaxşı tendensiyadır və qarşını almaq imkanı var. Nəslin daha da sağlamlaşdırılması, fiziki baxımdan adekvat böyüməsi genetik sağlamlaşdırmadan keçir”.

Adil Qeybulla hesab edir ki, genofondun sağlamlaşdırılması istiqamətində tədbirlər görülməlidir:

“Bu, çox böyük tədbirlər sistemidir. Genetik analizdən tutmuş, kütləvi aktivləşmə, idman və s. kimi geniş bir spektrı əhatə edir. İlk növbədə insanların maarifləndirilməsindən başlamaq lazımdır. Maarifləndirmə olmasa, yenə qohum evlilikləri artacaq və fəsadları ortaya çıxacaq”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin