"X" sosial şəbəkəsi istifadəçi seçimlərinə uyğun olaraq axın videolarına baxmağa imkan verəcək platforma yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
Mənbə qeyd edir ki, avqustda məhdud istifadəçi qrupu fərdiləşdirilmiş qısa və uzun videolara baxmaq, həmçinin onlayn yayımlar aparmaq funksiyası ilə yeni platformanın beta versiyasını sınaqdan keçirə biləcək.
Bildirilib ki, yeniliklərin tətbiqi ideyası "Twitter"in 2016-cı ildə bağladığı "Vine"ı geri qaytarmaq cəhdidir. Sosial şəbəkə istifadəçiləri bu dəyişikliyi "TikTok"a bənzədiblər.
Mövcud məlumata görə, bu yay "X" sosial şəbəkəsi "Smart TV" ekranlarında videolara baxmaq üçün proqram da təqdim edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:12 / 06.06.2024
"X" sosial şəbəkəsi "TikTok"un bənzərini yaradır
Hazırda oxunan: "X" sosial şəbəkəsi "TikTok"un bənzərini yaradır
Hazırda oxunan: "X" sosial şəbəkəsi "TikTok"un bənzərini yaradır
195928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.