Məktəbdə 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən 60 yaşlı usta HƏBS EDİLDİ

Hazırda oxunan: Məktəbdə 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən 60 yaşlı usta HƏBS EDİLDİ

195915

Şəmkir rayonunun kəndlərinin birində yerləşən orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, məktəbə usta kimi dəvət edilmiş və bu zaman orada şagirdlərdən birinə qarşı əxlaqsız hərəkətlər etmiş 1964-cü il təvəllüdlü Məmməd Məmmədov (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 153.2-ci (Əxlaqsız hərəkətlər) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bildirilib ki, M.Məmmədov məktəbin müəllimlərindən biri tərəfindən sinif otağının pəncərəsi sındığı üçün məktəbə dəvət edilib. Orada olarkən 60 yaşlı kişi 4-cü sinif şagirdi olan Kərimənin (şərti adlı) tək olduğunu görərək ona yaxınlaşıb və xoşagəlməz hərəkətlər edib. Məmməddən qurtulmağı bacaran şagird məktəbin arxa tərəfinə qaçıb.
Azyaşlı qız daha sonra evə getdikdə ağlayaraq hadisə barədə anası və dayısı arvadına danışıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra M.Məmmədov bu ilin 7 yanvar tarixində həbs edilib.

Mayın 7-də isə Şəmkir Rayon Məhkəməsi ona hökm oxuyub. Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməli etiraf edib. O, azyaşlını öz nəvəsi kimi doğmalıq hissi ilə öpdüyünü deyib.

Məhkəmə M.Məmmədova 2 il 3 ay həbs cəzası verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin