Xəbər verildiyi kimi, iyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. İnsanlar artıq indidən qurban kəsmək üçün hazırlıq görür, qurbanlıq qoyunları bazara çıxarırlar.
Lakin qurbanın kəsilməsi ilə bağlı dini qaydaları bilməyənlər də var. Məsələn, bu bayramın tarixi, qurban kəsməyin vacibliyi, heyvanın nə qədər hissəsinin evdə saxlanıb, nə qədərinin paylanması, borcla qurban kəsməyin mümkünlüyü və bu kimi məsələlər insanları düşündürür.
Maraqlıdır, imkanı çatmayanlara qurban kəsmədiyi üçün günah yazılırmı? İmkanı olub qurban kəsməyən necə günah edirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Hacı Surxay bildirib ki, Qurban bayramı İslamda özünəməxsus ənənələri olan bayramlardandır:
“Bayram insanların bir-birinə sevinc bəxş etdiyi, onlar arasında birlik və bərabərliyin təmin edilməsi üçün keçirilir. “Qurban” sözünün mənası “yaxınlaşmaq” deməkdir. Bu, məsafə baxımdan deyil, mənəvi cəhətdən Allaha yaxınlıq anlamındadır. Qurbanlıq həm də Allaha fəda getməkdir. Müqəddəs Qurani-Kərimdə Həcc surəsinin 37-ci ayəsində buyrulur: “Onların nə əti, nə də qanı əlbəttə, Allaha çatmaz. Çatacaq olan yalnız sizin təqvanızdır”. Təqva səmimi qəlbdən Allaha edilən niyyət və diləklərdir”.
İlahiyyatçı qeyd edib ki, Qurban bayramının əsas məqsədlərindən biri imkansız şəxslərə sevinc yaşatmaqdır:
“Qurbanlıq payı üç hissədən ibarətdir. Bir hissəsi insanın özünə, ikincisi qonşuları və ehtiyacı olan şəxslərə, üçüncüsü isə bacı və qardaşlarına çatmalıdır.
Qurban kəsmək Həcc ziyarətində vacibdir, bölgələrə gəldikdə isə müstəhəbdir. Bir insanın imkanı varsa, bir və ya bir neçə qurban kəsə bilər. Yəni beləliklə, qurban kəsə bilməyən imkansız şəxslərə də paylamış olar.
Yəni imkanı çatmayıb qurban kəsə bilməyənlər də bayramda sevinmiş olar. Qurban kəsən insanın ömrü uzanar, malının-mülkünün bərəkəti olar.
Fürsətdən istifadə edib, bayram münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edirəm, bütün dua, ibadət və itaətlərin qurban kəsilən zaman Allah qatında qəbul olunmasını Allahdan diləyirəm”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 05.06.2024
Qurban kəsmək MƏCBURİDİRMİ? – İlahiyyatçıdan AÇIQLAMA
Hazırda oxunan: Qurban kəsmək MƏCBURİDİRMİ? – İlahiyyatçıdan AÇIQLAMA
Hazırda oxunan: Qurban kəsmək MƏCBURİDİRMİ? – İlahiyyatçıdan AÇIQLAMA
Qurban kəsmək haqqında ilahiyyatçının verdiyi məqalə. İmkanı çatmayanlar, günah və vaciblik haqqında məlumat.
195828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.