Sünnətin düzgün edilməməsi bu PROBLEMLƏRƏ yol açır - Tanınmış androloqdan XƏBƏRDARLIQ 

Hazırda oxunan: Sünnətin düzgün edilməməsi bu PROBLEMLƏRƏ yol açır - Tanınmış androloqdan XƏBƏRDARLIQ 

Tanınmış androloq Zəbur Bağırovun sünnət prosesini əleyhinə olduğu və doğru yaş həddini müzakirə etdiyi məqalə. Sünnətin ciddi sağlamlıq risklərinə səbəb olabilecəyi və yalnız fachmani həkimlərin icra etməsi tövsiyə edilir.

195825

“Oğlan uşağının doğulan kimi xəstəxanada, bələkdə və ev şəraitində sünnət olunmasının tam əleyhinəyəm. Mən ümumiyyətlə evdə sünnət etmirəm. Sünnət prosesi strerizə olunmuş sahədə və həkim nəzarəti altında həyata keçirilməlidir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış cərrah-uroloq, androloq Zəbur Bağırov deyib. 

Onun sözlərinə görə sünnət asan bir müdaxilə kimi görünsə də, əslində çox məsuliyyətli işdir:

“Düzgün sünnət çox önəmlidir. Oğlan gənclər arasında ən çox müşahidə etdiyim problemlər penis əyriliyi və erkən boşalmadır. Bunu isə sünnətin fəsadları kimi qəbul etmək olar. Çünki mukoza kəsilməyəndə, sürtünmə artır və erkən boşalma baş verir. Penis əyriliyi problemi cinsi əlaqəyə belə imkan vermir. Bundan əlavə sünnətin dərisni artıq kəsərkən, o inkişaf dönəmində inkişafdan qalır və yaxud da əyilir. Təbii ki, hər hansı travma və ya qırılma da ola bilər. Amma düzgün sünnət olmayanda daha çox fəsad yaranır. Mən sünnət xətası olan kifayət sayda penis əyriliyi əməliyyatı etmişəm. Ona görə də sünnət prosesini ara dəlləklər deyil, həkim-mütəxəssislər həyata keçirməlidir. Valideyn bilməlidir ki, xəstəxana şəraitində əməliyyatla sünnət edilən uşaq əməliyyatdan sonra 6-7 saat xəstəxanada saxlanılır ki, təhlükə yaransa müdaxilə edilsin. Evdə bu təhlükə anında müdaxiləni kim edəcək?”

Zəbur Bağırov sünnət üçün hansı yaş həddinin uyğun olub olmaması məsələsinə də toxunub. O qeyd edib ki, son illər valideynlər övladlarını ilk doğulan günlərdən sünnət etdirirlər. Bu isə doğru deyil:

“Praktikamda 3 aya qədər sünnət elədiyim uşaq yoxdu. Qan xəstəliyi yarana bilər. Oğlan uşaqlarının əsasən 3 aydan 2 yaş yarıma qədər, yaxud 5 yaşından sonra sünnət olunmasının tərəfdarıyam. 2 yaş yarımdan 5 yaşına qədər olan uşaqların sünnət edilməsi məsləhət deyil. Çünki bu yaşda uşaq psixoloji travma alır. 5 yaşından sonra sünnət olunan uşaqlarda isə travma alma ehtimalı demək olar ki, sıfıra bərabərdir. 

Bu yaşda uşaq nə olduğunu qavrayır və qorxmur. Uşağa izah edirsən ki, “mən sənə yüngül iynə vurub keyləşdirəcəm”, o bunu anlayır. Onu da deyim ki, sünnəti anestezioloq altında və yerli keyitmə ilə ağrısız, qansız və kəsiksiz icra edirəm. Uşaq xəstəxanadan çıxır, axşam evinə, sabah futbola gedir”. 

Məlumat üçün bildirək ki, Türkiyədə təhsil almış, uzman uroloq – androloq və cərrah Zəbur Bağırov 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Tibb fakültəsini bitirib. 2009-2010-cu illərdə həmin fakültəni təkrar Türkiyədə Kocaeli Universitetində bitirib. Sırf Urologiya ixtisası ilə bağlı 2013-2017-ci illərdə Kocaeli Eyitim və Araşdırma Xəstəxanasında təkmilləşdirmə təhsilini davam etdirib. 
2011-2013-cü illərdə Naxçıvan Muxtar Respublika Mərkəzi xəstəxanasının Məhkəmə Tibb Ekspertiza Şöbəsinin müdiri, 2017-2018-ci illərdə həmin xəstəxananın urologiya şöbəsinin müdiri, daha sonra 2018-2023-cü illərdə isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəziflərində çalışıb. Hazırda Bakı Sağlamlıq Mərkəzində uroloq-cərrah, androloq kimi fəaliyyətini davam etdirir. Bütün uroloji və androloji əməliyyatları icra edir. 

Alçina Amilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin