Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda qoyunları otarmağa gedən kişinin meşəlik ərazidə meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Sincan kənd sakini 51 yaşlı Anar Məmmədyarov qoyunları otarmaq üçün kənddən bir qədər aralı meşəlik əraziyə gedib.
Axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görən kənd sakinləri məsələdən şübhələnərək Anar Məmmədyarovu axtarmağa başlayıblar.
Aparılan axtarışlar nəticəsində həmkəndlilər 51 yaşlı Anarı meşəlik ərazidə ölmüş vəziyyətdə aşkar ediblər.
Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Həkimlər Sincan kənd sakinin ürək tutmasından qəflətən vəfat etdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu