Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində su bəndi yararaq əkin və otlaq sahələrinə ziyan vurub.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində yaşayış evlərinə heç bir ziyan dəyməsə də kəndlilərə məxsus əkin sahələri su altında qalıb.
Hadisə baş verən əraziyə işçi qüvvəsi və texnikalar cəlb edilib. Kanalda suyun səviyyəsinin etdirilməklə bənd vurma işləri aparılır.
Elgün Gəncimsoy, Bizim.Media