Bu media subyektləri 10 min manat cərimə oluna BİLƏRLƏR – RƏSMİ

Hazırda oxunan: Bu media subyektləri 10 min manat cərimə oluna BİLƏRLƏR – RƏSMİ

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadovun media subyektlərində cərimə tətbiqi haqqında açıqlaması.
195613

"1 il ərzində 5 dəfə inzibati tənbeh tətbiq edilən media subyektinin lisenziyası ləğv edilir".

Bizim.Media xəbər verir ki, bunu Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda keçirilən dəyirmi masada qeyd edib. 

O, Azərbaycanda audiovizual media, eləcə də "Media haqqında" qanunun 5 və 14-cü maddələrindən sitat gətirərək təqdimat verib. 

Nemət Cavadov qeyd edib ki, hər hansı qanun pozuntusuna yol verən media subyektinə Audiovizual Şura tərəfindən yayımın dayandırılması və inzibati cərimə tətbiq olunur. 
Yayımın dayandırılması 24 saat və 1-30 gün, inzibati cərimə isə 1000 - 10000 manat cərimə məbləği nəzərdə tutulmaqla tətbiq edilir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin