Bank kartlarından pulları talayan üç nəfər TUTULDU

Hazırda oxunan: Bank kartlarından pulları talayan üç nəfər TUTULDU

195588

Bank kartlarına müdaxilə edərək dələduzluq edən 3 şübhəli şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, kiber cinayətkarlığın yeni forması müşahidə olunur:

"Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. 

İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb".
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 şübhəli şəxs müəyyən olunaraq tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin