Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə yola düşüb.
Bizim.Media xəbər verir ki, ümumilikdə 1 500 nəfərlik kvotanın ayrıldığı səfərlərin ilk qrupu 05:35-də Məkkə inzibati dairəsinin Ciddə şəhərinə yola salınıb.
QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri “Report”a açıqlamasında deyib ki, Məkkədə olan nümayəndə heyəti Həccdən öncəki hazırlıqları, zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalı, qidalanma və s. məsələlərin həllini təmin edəcək.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir.
Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.
Bizim.Media