Bakının Xəzər rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidə qeydə alınıb.
Belə ki, yolu keçən ana və azyaşlı qızı minik avtomobili vurub. Ağır xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
TƏBİB-dən apa-ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 16:57 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən piyadavurma səbəbilə çağırış daxil olub.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə 2 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 33 yaşlı şəxs (cinsi qadın) qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 9 yaşlı şəxs (cinsi qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Neyrocərrahiyyə
Xəstəxanasına hospitalizasiya olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:45 / 04.06.2024
Bakıda ana və qızını avtomobil vurub, vəziyyətləri ağırdır
Hazırda oxunan: Bakıda ana və qızını avtomobil vurub, vəziyyətləri ağırdır
Hazırda oxunan: Bakıda ana və qızını avtomobil vurub, vəziyyətləri ağırdır
Bakıda ana və qızını avtomobil vurub, vəziyyətləri ağırdır. Qala qəsəbəsində piyadaların vurulması ilə əlaqədar hadisə yaşanıb. Ana və azyaşlı qızı avtomobili vurduqdan sonra ağır xəsarət almışlar. Hadisə ilə bağlı araşdırmalar davam etməkdədir.
195553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.