1992-ci ildə itkin düşmüş daha bir şəhidimizin kimliyi müəyyən edilib. Söhbət 9 iyun 1971-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olmuş Rüfət Məmmədhüseyn oğlu Cabbarovdan gedir.
Bu barədə Bizim.Media-nın şimal bürosuna Rüfət Cabbarovun Bakıda yaşayan qardaşı Rasim Məmmədov məlumat verib.
O, Rüfətin Sovet Ordusunda tam xidmət keçdikdən sonra Azərbaycana qayıdıb və Qarabağ müharibəsinə könüllü yollandığını bildirib.
Şəhidin qardaşı qeyd edib ki, Rüfət 1992-ci il oktyabr ayının 4-də Ağdərə-Sırxavənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Mərhum Tərtər rayonu ərazisindəki məzarlıqda naməlum döyüşçü kimi dəfn edilib. Ailə üzvlərindən götürülən DNT analizinin rəyindən sonra Rüfətin şəxsiyyəti dəqiqləşib.
Şəhid Rüfət sabah 32 il əvvəl tərk etdiyi Dağ Quşçu kəndində dəfn ediləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 03.06.2024
1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi – FOTO
Hazırda oxunan: 1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi – FOTO
Hazırda oxunan: 1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi – FOTO
1992-ci ildə itkin düşən daha bir şəhidin kimliyi dəqiqləşdi. Rüfət Cabbarovun Azərbaycana qayıdıb Qarabağ müharibəsinə könüllü yollandığı açıqlanıb. Mərhumun kimliyi DNT analizi ilə təsdiqlənib və Dağ Quşçu kəndində dəfn ediləcəyi bildirilib.
195443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.