Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
MÖVZU İLƏ BAĞLI:
Tovuzda avtomobil çaya düşdü - ÖLƏN VAR
Əlavə məlumat veriləcək.
Bizim.Media