Şərur rayonunun keçmiş icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən məhkəməyə verilib.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, Rəsulov Orxan Rəfail oğlunun məhkəmə prosesinə Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev sədrlik edəcək.
Qeyd edək ki, Orxan Rəsulov Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğludur.
Xatırladaq ki, Orxan Rəsulovun adı ilk dəfə mətbuatda dələduzluq maddəsi ilə həbs edilən Araz Eyvazovun məhkəmə prosesində hallanıb.
Belə ki, Orxan Rəsulov o zaman Araz Eyvazova faizə pul vermiş, ancaq adıçəkilən şəxs pulu qaytarmadığından keçmiş icra başçısı Rəfail Rəsulov Xətai rayonunda yerləşən "Optimal" servisin qarşısında Araz Eyvazovu döyüb və pulu qaytarmayacağı təqdirdə onu əlindəki bıçaqla öldürəcəyi ilə də hədələmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:38 / 02.06.2024
Sabiq icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün hakim qarşısına çıxacaq
Hazırda oxunan: Sabiq icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün hakim qarşısına çıxacaq
Hazırda oxunan: Sabiq icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün hakim qarşısına çıxacaq
195340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.