Ötən gün İsmayıllıda baş verən dəhşətli yol qəzasının bəzi təffəruatları məlum olub.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, ötən gün axşam saatlarında İsmayıllı rayonunun Qarakolluq kənd sakini 24 yaşlı Dəmirov Abuzər Azər oğlu, qardaşı Dəmirov Nurlan Azər oğlu və yaxın qohumı Abbasov Müşfiq Rza oğlu minik avtomobili ilə İsmayıllıdan Göyçaya gedərkən yük avtomobili ilə toqqaşub.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun qardaşı, 2005-ci il təvəllüdlü Dəmirov Nurlan Azər oğlu və 1989-cu il təvəllüdlü Abbasov Müşfiq Rza oğlu isə ağır yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Qəzadan sonra avtomobildə sıxılıb qalan meyit və digər yaralılar çıxarılaraq aidiyatı üzrə təhvil verilib.
Müxtələlif ağır bədən xəsarətləri alan iki nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, yol qəzası zamanı ağır xəsarətlər alan Dəmirov Nurlan Azər oğlu hərbi xidmətdən bu günlərdə məzuniyyətə buraxılıbmış.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmaların sonunda bəlli olacaq.
Qeyd edək ki, ötən gün dəhşətli yol qəzası Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Kürdmaşı kəndi yaxınığında baş verib.
Bizim.Media, Aran bürosu