Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Düşən yağıntının miqdarı Qusarda 50 mm, Zaqatalada (Əlibəy) 25 mm, Gədəbəydə 22 mm, Beyləqanda 16 mm, Qrızda 14 mm, Daşkəsəndə 13 mm, Qubada 10 mm, Ağdamda 9 mm, Ağdam, Qaxda 8 mm, İmişli, Xınalıq, Şahdağ, Şəki, Göygöl, Şamaxı, Qəbələ, Naftalan, Sabirabad, İsmayıllı, Qobustan, Oğuz, Balakən, Xaltan, Göyçay, Gəncə, Tərtər, Mingəçevir, Altıağac, Ağsu, Kürdəmir, Yevlax, Naftalan, Şəmkir, Naxçıvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24-28 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Neftçalada 20 m/s, Culfa, Mingəçevir, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s, Gəncədə isə 16 m/s-dək güclənib.
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyunun 2-si axşamadək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:41 / 02.06.2024
Külək sabah axşamadək davam edəcək
Hazırda oxunan: Külək sabah axşamadək davam edəcək
Hazırda oxunan: Külək sabah axşamadək davam edəcək
Milli Hidrometeorologiya Xidməti ilə əlaqədar hava təciliyyəti haqqında son məlumatlar. Ölkə ərazisində yağıntı və küləkli hava şəraiti davam edir. Qusar, Zaqatala, Gədəbəy və digər rayonlarda yağış miqdarı. Bakı, Abşeron, Naftalan, Goranboy və başqa bölgələrdə rüzgar sürətləri güclənir. Hava şəraiti iyunda 2-ə qədər davam edəcək.
195287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.