Bu gün aprel Şəhidimiz Əbdülməcid Nadirşah oğlu Axundovun doğum günü yaşadığı Sumqayıt şəhərində böyük təntənə ilə qeyd edilib.xa0
Tədbirlə bağlı Şəhidimizinxa0 anası Ceyran xanım Axundova Moderator.az-a açıqlama verib.xa0
“Tədbir Sumqayıt şəhərində poeziya evində keçirildi. Çox maraqlı tədbir oldu. Şəhid ailələri, şairlər, yazıçılar Əbdülməcidin doğum gününə yığışmışdılar. Məzarını ziyarət etdik sonra isə ehsan verildi. Bu gün Əbdülməcidin 24 yaşı tamam oldu. Əbdülməcidin doğum günü nədənsə qohum-əqrəbanın yadında qalmırdı. Onun doğum gününə çox adam gəlməzdi və onda da o, küsürdü. Mən də zəng vurub yaxınlara deyirdim ki, bu uşağın doğum gününə niyə gəlmirsiniz? Sonradan yeniyetmə dövründə dostlarıyla keçirməyə başladı. Amma, bu gün onun doğum gününə çoxlu insanlar gəlir. Əbdülməcid bunun arzusunda idi ki, onun doğum günündə çoxlu adam iştirak etsin. Qismət beləymiş. Çox çətindi onsuz, hər dəfə doğum günü yaxınlaşdıqca mən pis oluram”x9d.xa0xa0

Şəhid anası Sumqayıt şəhərində bir neçə gün öncə Şəhidlərimiz Əbdülməcid Axundovun, Şulan Bayramovun və Seymur Baxışovun xatirə lövhələrinin “Jek”x9d işçiləri tərəfindən yaşadıqları məhlədən götürülməsinə də münasibət bildirib:

“Bu xatirə lövhələri həmin ərazilərdən götürüldü və bizə çox hörmətsizlik oldu. Bunlar götürülməməliydi. Çünki bu lövhələr elə hazırlanmışdı ki, onun arxasında üç rəngli bayrağımız var idi, o bayrağa hörmət qoymalıydılar. O bayrağa görə həmin şəxslər məsuliyyət daşımalıdırlar. Bu hadisə çox ağır gəlir bizə. Məsələylə bağlı icra hakimiyyətində də oldum, amma təəsüf ki, işə qayıtdım qəbulda ola bilmədim. Amma digər Şəhid ailələri qəbulda olaraq məsələyə öz narazılıqlarını bildiriblər. Mən bu yaxında məsələylə bağlı icra başçısının özüylə görüşüb danışacam. Bu lövhələr insanlar tərəfindən də çox yaxşı qarşılanmışdı. Bu küçələrdə o qədər eybəcər reklam lövhələri var, onları olar, Şəhidlərin şəkillərini qoymaq olmaz? Xalqımıza yaraşmayan lövhələr vurulur küçələrə. Bu xatirə lövhələri vətənpərvərlik təbliğinin bir metodu idi”x9d


Şəhid anası bir neçə xəbər saytlarında onu məmur kimi qələmə verərək “Azərbaycanda məmur oğlu Şəhid oldu”x9d başlıqlı xəbərlərə də öz iradlarını bildirib:

“Bir neçə saytlar mənixa0 nəzərdə tutub yazırlar ki, Azərbaycanda məmur oğlu Şəhid olub. Mən hardan məmur oldum ki, oğlum da Şəhid ola. Həmin xəbər saytlarına iradlarımı bildirdim. Reytinq xətrinə nə bilirlər onu da yazırlar, amma bizi fikirləşmirlər. Biz Şəhid ailələrinə qarşı belə hörmətsizlik olmaz. Mən bütün tədbirləri öz hesabıma keçirirəm. Əbdülməcid haqda “Savaşçı”x9d aprelin iziylə adlı kitab da çapdan çıxdı. Kitabın müəllifi Nigar İsmayılqızıdır. Kitabda Qarabağdan və Əbdülməcid haqda məqalələr yer alıb. Kitabın geniş şəkildə təqdimatını nəzərdə tuturuq”x9d.

Vasif Əlihüseyn


































































































