“Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları" panelində sual-cavab olub - FOTO

Hazırda oxunan: “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları" panelində sual-cavab olub - FOTO

“III Milli Kibertəhlükəsizlik Forumu”nda "kibertəhlükəsizlik üzrə təhsil və insan resursları" panelində sual-cavab olub - Bakıda "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu”nda "kibertəhlükəsizlik üzrə təhsil və insan resursları" paneli sual-cavab formatında keçirilib. Davud Rüstəmov, Vilayət Vəliyev, Elmar Qasımov, Qulu Novruzov və digər işğalçılar paneldə iştirak ediblər.

195202

Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu”nda "kibertəhlükəsizlik üzrə təhsil və insan resursları" paneli sual -cavab formatında keçirilib.

Bizim.Media xəbər verir ki, paneldə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov paneldə iştirak edən ali məktəb rəhbərlərinə kadrlarla bağlı sual ünvanlayıb.


O, İnformasiya Təhlükəsizliyi üzrə Dövlət proqramında əmək bazarı subyektləri ilə ali təhsil müəssisələrinin qarşılıqlı əlaqədə olmasını xatırladaraq, bu sahədə hansı işlərin görüldüyü haqqında sual verib.
 

MÖVZU İLƏ BAĞLI:

Qulu Novruzov: “Gömrük orqanlarında mütəxəssislərə ehtiyac var” - FOTO


Suala ilk cavab verən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildirib ki, universitetlərin məsuliyyəti əmək bazarına inteqrasiya ilə ölçülür:


"Proqramlar hazırlananda mütləq şəkildə əmək bazarının bütün tələbləri nəzərə alınmaqla ciddi monitorinq əsasında ixtisaslar üzrə tələblər formalaşmalıdır. Bütün təhsil proqramları, xüsusilə də kibertəhlükəsizlik və süni intellekt məsələsi çox praktiki, əmək bazarının dəyişən tələblərinə cavab verə biləcək proqramlar əsasında formalaşmalıdır. Bu proqramlar da əmək bazarına inteqrasiyanı formalaşdırmalıdır. Əmək bazarında olan tədqiqatçılar və mütəxəssislər mütləq şəkildə universitetlərlə əməkdaşlıq etməlidirlər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, əmək bazarı ilə əməkdaşlıq etməyən universitetlərin məzunları iş tapmaqda böyük problemlər yaşayacaq:


"Bunun üçün universitetlərə Elm və Təhsil Nazirliyi tərəfindən tam sərbəstlik verilib. Bizim ali məktəbdə təhsil alan tələbələr ikinci kursdan etibarən yay aylarında istehsalat təcrübəsində olmalı və hesabat verməli, kredit almalıdır. Bu, bizim proqramımızda təsdiq olunub. Bunun nəticəsidir ki, 5-ci kursda təhsil alan tələbələrimiz diplom almadan işləyirlər. Biz əmək bazarı ilə qarşılıqlı əlaqədə deyilik, biz əmək bazarının içindəyik. SOCAR ali təhsil müəssisəsi olaraq istehsalatın içindəyik".

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov isə suala belə cavab verib:


"Mövcud akademik qaydalara görə ali məktəblərin manevr etmək imkanları var. Fənnin məzmununu ali məktəblər özləri müəyyənləşdirir, seçmə fənlər daxil etmək imkanları var. Ali məktəbin çağırışı ilə əmək bazarından effektiv cavab almaq olmur. Bütün fənn sillabusları paylaşmağa hazırıq, təkliflərinizi verin. Təkliflər alırıq, amma bunlar yetərli deyil".






Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin