Cəlilabad sakini qum karxanasında batıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində yerləşən qum karxanası ərazisində su bəndində baş verib. Mərhumun meyiti sudan çıxarılıb.
Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim Media, Cənub bürosu