Laçında kiçik su elektrik stansiyasının (KSES) təməlqoyma mərasimi olub.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında beş kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində "Malıbəy" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Axundov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mansurov, "Demirören Yatırım Holding A.Ş." şirkətlər qrupunun İdarə Heyətinin sədri Yıldırım Demirören, "Arges Enerji Team" MMC-nin rəhbəri Mehmet Fehmi Özata və İqtisadiyyat Nazirliyinin müvafiq strukturlarının nümayəndələri iştirak edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilər uğurla alternativ və "yaşıl" enerji zonalarına çevrilir. Bölgənin infrastruktur təminatının yaxşılaşdırılması üçün müasir tələblərə cavab verən enerji təchizatı sistemi formalaşdırılır. "Yaşıl" elektrik enerjisinin təmin edilməsində su elektrik stansiyaları mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə çayların yüksək hidroenergetika potensialı inşa və bərpa olunacaq layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl investorlarla əməkdaşlıq vacibdir.
Bildirilib ki, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu, işğaldan azad edilmiş ərazilərdə özəl sektorla birgə həyata keçirilən ilk su elektrik layihəsidir.
Layihənin birinci mərhələsi çərçivəsində təməli qoyulan "Malıbəy" stansiyasının istismara verilməsi 7 minə yaxın evi elektrik enerjisi ilə təmin edəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Demirören Yatırım Holding A.Ş." şirkətlər qrupu (Türkiyə) və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hekəri və Tərtər çayları üzərində beş KSES istifadəyə veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:08 / 01.06.2024
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub - FOTO
Hazırda oxunan: Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub - FOTO
Hazırda oxunan: Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub - FOTO
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. İqtisadiyyat nazirinin müavini Anar Axundov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər kişilər iştirak ediblər. Layihə, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonalarına dönüşü ilə əlaqədardır.
195178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.