DİN-dən ƏHALİYƏ ÇAĞIRIŞ

Hazırda oxunan: DİN-dən ƏHALİYƏ ÇAĞIRIŞ

Daxili İşlər Nazirliyinin çağırışlarına əməl edilmədikdə kibercinayətkarların sığortasız qurbanları artır. 21 vətəndaş vəsaitlərini itirdi: bank kartı məlumatları aldadılıb 10500, 10245, 4200, 2200 manat pul oğurlandı. Kibercinayət qarşısında şəxsi məlumatların qorunması vacibdir.

195173

Daxili İşlər Nazirliyinin hər gün etdiyi çağırışlarına baxmayaraq təəssüf ki, vətəndaşlarımız arasında kibercinayətkarların tələsinə düşənlər var.

DİN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev daha 21 vətəndaşın kibercinayətkarlara aldanaraq vəsaitlərini itirdiyini məlumat verib.

Bizim.Media xəbər verir ki, DİN rəsmisi məsələ ilə bağlı bunları bildirib: “Düşüncə dəyişməlidir. Təhlükə var və heç kim kiber təhlükədən sığortalanmayıb. Məxfilik yemək və nəfəs almaq kimi həyatın əsas tələblərindən biridir. Ancaq buna əməl etməyən 21 vətəndaşımızın mayın 31-də bank kartı məlumatları aldadılıb alınmaqla - 10500, 10245, 4200, 2200, 1880, 1500, 1000, 927, 900, 900, 820, 730, 550, 544, 520, 450, 220, 100, 96, 44, 30 manat pulu oğurlanıb.

Vətəndaş satışa qoyduğu əşyanı almaq üçün Qazaxıstan nömrəsindən zəng edən naməlum şəxsə bank kartı məlumatlarını verməklə 10500 manatını oğurlatdırıb. Naməlum şəxs ona da söz verib ki, beh göndərir, həmin əşyanı gəlib götürəcəklər. Başqa bir vətəndaş isə 10245 manat pulu investisiya adı ilə kriptovalyuta oyununda naməlum hesablara köçürüb. Ona da söz veriblər ki, hər saatdan bir qoyduğunuz məbləğ 10-20-30 faiz artacaqdır”.

E.Hacıyev bir daha bəyan edib ki, kiber dövrdə hər kəs şəxsi məlumatlarını qorumalıdırr. Pulu oğurlanan insanları unutmayaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin