Füzuli, Zəngilan və Cəbrayılda uşaqların kompleks tibbi müayinəsi təşkil edilib - FOTO

Hazırda oxunan: Füzuli, Zəngilan və Cəbrayılda uşaqların kompleks tibbi müayinəsi təşkil edilib - FOTO

195165

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-də nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim briqadası tərəfindən Füzuli şəhəri, Zəngilan rayonunun Ağalı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində uşaqlar üçün tibbi müayinələr təşkil edilib.

Bizim.Media xəbər verir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı əhali arasında tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə kompleks tibbi müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan aksiya çərçivəsində ETPİ-nin pediatrları, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq tərəfindən uşaqlara yerində profilaktik baxışlar keçirilib və müvafiq müalicələr təyin edilib.
Tədbir zamanı 350-ə yaxın, o cümlədən Zəngilanda 200-ə yaxın, Cəbrayılda 100-ə yaxın və Füzulidə 50 uşaq həkimlər tərəfindən ümumi müayinədən keçiblər. Bundan əlavə, xəstəliklər aşkarlanan uşaqların sonrakı mərhələdə müalicəsi üçün göndərişlər verilib.
Müayinələrdən sonra peyvəndləmənin əhəmiyyəti və ana südündən əlavə qidalanmanın qaydaları haqqında Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.

ETPİ-nin həkim pediatrları Gülnaz Ağayeva və Günay Salehova ətraflı təqdimatlarla çıxış ediblər. Həkim-pediatrlar valideynlərə tövsiyələrini veriblər, onları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrinin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin