Şuşa Real Məktəbi ali təhsil və orta ixtisas səviyyəsində fəaliyyət göstərəcək təhsil müəssisəsi olacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, planlamaya görə burada tədris 2026-cı ilin sentyabrında başlayacaq: "Məktəbdə təhsil istiqaməti əsasən incəsənət və mədəniyyət ixtisasları üzrə olacaq. Bura ümumi təhsil müəssisəsi formasında deyil, ali və orta ixtisas səviyyəsində fəaliyyət göstərən təhsil müəssisəsi olacaq".
E.Əmrullayevın sözlərinə görə, burada ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək:
"Şuşadakı bütün təhsil nüəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında da ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fıaliyyətini qaydaya qoyduqdan sonra daha çox məlumat verə biləcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:08 / 01.06.2024
Şuşa Real Məktəbi universitet və kollec səviyyəsində fəaliyyət göstərəcək
Hazırda oxunan: Şuşa Real Məktəbi universitet və kollec səviyyəsində fəaliyyət göstərəcək
Hazırda oxunan: Şuşa Real Məktəbi universitet və kollec səviyyəsində fəaliyyət göstərəcək
Şuşa Real Məktəbi universitet və kollec səviyyəsində fəaliyyət göstərəcək təhsil müəssisəsi olaraq planlanıb. Elm və təhsil naziri Emin Əmrullayevin dediyinə görə, Şuşada tədris 2026-cı ilin sentyabrında başlayacaq və məktəbə incəsənət və mədəniyyət ixtisasları üzrə təhsil veriləcək.
195154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.