Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII iclası keçirilib – FOTO

Hazırda oxunan: Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII iclası keçirilib – FOTO

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII iclası keçirilib. Şuşada keçirilən iclasda Türk Dövlətləri Təşkilatı Təhsil Naziri Emin Əmrullayev və digər qonaqlar türkdilli dövlətlər arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Iclasda təhsil sahəsində işbirliyi və hədəflər müzakirə olunub.
195146

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII iclası keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq TDT-nin qısa müddət ərzində əldə etdiyi uğurların təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin bu vacib proseslərə töhfə verməkdən məmnun olduğunu söyləyən Emin Əmrullayev türkdilli dövlətlər arasında dayanıqlı və sağlam əməkdaşlığın bünövrəsinin gənclər olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, bu baxımdan TDT çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsi məktəblilərimizin ortaq tarix, mədəniyyət və adət-ənənələri tanımasına şərait yaradır.
TDT-yə üzv dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini bildirən Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə qardaş ölkələrin dəstəyi ilə tikilən məktəbləri, həmçinin görülən digər işləri ölkələrimiz arasında dostluq və qardaşlığın növbəti rəmzi kimi qiymətləndirib.

Nazir çıxışının yekununda TDT-yə üzv və müşahidəçi ölkələrlə ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində qarşıda duran hədəflərə toxunub.

Daha sonra digər qonaqlar çıxış edərək elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsindən söz açıblar.

Çıxışlardan sonra iclasın gündəliyində olan məsələlər müzakirə edilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin