Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyəti Füzuliyə səfər ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Qonaqlar eyni zamanda məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş guşə ilə tanış olublar.
Qeyd edək ki, hazırda Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII İclası keçirilir.
Bu gün həmçinin Türk Akademiyasının Elmi Şurasının VII iclası da olacaq.
Bizim.Media