FHN COP29-la əlaqədar maarifləndirmə tədbiri keçirib - FOTO

Hazırda oxunan: FHN COP29-la əlaqədar maarifləndirmə tədbiri keçirib - FOTO

195121

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən Tədbirlər planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) maarifləndirmə xarakterli tədbir keçirib.

Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin müvafiq vəzifəli şəxsləri və FHN Akademiyasının kursantlarının iştirak etdiyi tədbirdə FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev “BMT-nin İqlim Dəyişikliyi Konfransı” mövzusunda geniş təqdimatla çıxış edib.
O, iqlim dəyişmələrinin başvermə səbəbləri və bunun minimuma endirilməsi üçün Azərbaycanın göstərdiyi səyləri barədə məlumat verərək Bakıda keçiriləcək COP29 ilə əlaqədar nüvə və radiasiya təhlükəsizliyi sahəsində Agentliyin gördüyü işlər haqqında ətraflı danışıb.

Tədbirdə iştirakçıları maraqlandıran sullar cavablandırılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin