III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında pedaqoq, ictimai fəal, “Məhsəti Şairlər Məclisi” İctimai Birliyinin üzvü Tərxanım Nəsibovanın imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, Tərxanım Nəsibovanın “Gündoğan aşığı Aşıq Müseyib” kitabı oxucularının marağına səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Ramiz Rövşən: “Zəfərimizdən sonra nəyisə tənqid etməyə həvəsim qalmayıb” - FOTO/VİDEO
Məlumat üçün bildirək ki, Tərxanım Nəsibova 268 saylı məktəbin Tarix müəllimi kimi çalışır.
Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günüdür.
Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media