İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olundu - Cərimələr ARTIRILDI 

Hazırda oxunan: İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olundu - Cərimələr ARTIRILDI 

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olundu - Cərimələr ARTIRILDI Parlament İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib. Qanun layihəsinə əsasən, sənədə yeni 405-1-ci və 451-1-ci maddələr əlavə edilir. Dəyişikliklərə görə, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Habelə məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın 'Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında' Qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana verilməməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Sənəddə, həmçinin bildirilir ki, 'Tütün və tütün məmulatı haqqında' Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir. Bizim.Media
195046

Parlament İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib. 

Qanun layihəsinə əsasən, sənədə yeni 405-1-ci və 451-1-ci maddələr əlavə edilir.

Dəyişikliklərə görə, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Habelə məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana verilməməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 
Sənəddə, həmçinin bildirilir ki, "Tütün və tütün məmulatı haqqında" Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin