Cənub bölgəsində normadan artıq yağışlar Astarada müəyyən sürüşmə zonalarını aktivləşdirib.
Bizim.Media xəbər verir ki, rayonun “Məscid məhəllə” deyilən hissəsində baş verən torpaq sürüşməsi bir neçə ev üçün təhlükəli vəziyyət yaradıb.
Sakinlərin sözlərinə görə, ərazidə əkilən sitrus və digər meyvə ağacları torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.
Onlar bildirir ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda yaşıllıq olub.
Lakin güclü sel həmin ağacları kökündən qoparıb, aparıb. Artıq aidiyyatı orqanların nümayəndələri bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq oldu. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:15 / 31.05.2024
Astarada torpaq sürüşməsi oldu: Evlər təhlükə ilə üz-üzə - FOTO
Hazırda oxunan: Astarada torpaq sürüşməsi oldu: Evlər təhlükə ilə üz-üzə - FOTO
Hazırda oxunan: Astarada torpaq sürüşməsi oldu: Evlər təhlükə ilə üz-üzə - FOTO
Astarada torpaq sürüşməsi oldu: Evlər təhlükə ilə üz-üzə. Torpaq sürüşməsi nəticəsində yaşayış evləri təhlükə ilə üzləşib. Astara Rayon İcra Hakimiyyəti və sahil mühafizə bəndlərinin tikintisi haqqında planlar.
195032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.