Xəbər verdiyimiz kimi bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günüdür. Festivalda Kıbrıs Türk şeirləri tədbiri keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Çağın Zort, Mustafa Tozakı və Halil Şavkın çıxış ediblər.
MÖVZU İLƏ BAĞLI:
Şairə Xalidə Hicranın İMZA günü keçirilib - FOTO
Çağın Zort Festivalda olmaqdan qürur duyduğunu və Şimali Kiprin Cümhuriyyət başçısı Ersin Tatarın Azərbaycan xalqına sevgi və salamını gətirdiyini bildirib.
Çağın Zort tədbirdə Şimali Kipr ədəbiyyatından şeirlər səsləndirib.
Xatırladaq ki, festival bu gün Şimali Kiprə həsr olunub və dövlət himni ilə başlayıb. Gün ərzində festival iştirakçıları və qonaqlar üçün Şimali Kipr ədəbiyyatından nümunələr və musiqilər səsləndiriləcək.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media