III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günündə keçirilən “Həmid Araslı-115” adlı tədbirdə Nobel mükafatçısı, alim Əziz Sancar da iştirak edib.
Bizim.Media xəbər verir ki, akademik Əziz Sancar festivalın işinə uğurlar arzulayıb.
MÖVZU İLƏ BAĞLI:
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Şimali Kipr ədəbiyyatından BƏHS edilib - FOTO
Əziz Sancar Kitab festivalının keçirilməsini Azərbaycanın ədəbiyyatşünaslığın inkişafına verdiyi töhfə kimi qiymətləndirib.
Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival bu gün öz işinə yekun vuracaq.
Bizim.Media