FAKTİKİ HAVA: Daşkəsən rayonuna dolu düşüb

Hazırda oxunan: FAKTİKİ HAVA: Daşkəsən rayonuna dolu düşüb

Daşkəsən rayonunda saat 16:30-da diametri 15 mm olan dolu yağışı düşüb. Havanın temperaturu Bakıda və digər rayonlarda müxtəlif dərəcələrdə olub.
194908

Mayın 30-u saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bizim.Media xəbər verir ki, saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin