ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər.
Bizim.Media-nın “apa.az”a istinadən məlumatına görə, müraciətdə bildirilir ki, bəyanatda imzası olan vətəndaş cəmiyyəti təşkilatları və ictimai fəallar 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29-un vacibliyini vurğulayırlar.
“Bu tədbir böyük gözləntilər daşıyır. COP29-a ev sahibliyi edən Azərbaycanın bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirir. İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi biz QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkildə inanırıq.
QHT-lər öz icmaları ilə dərin əlaqələri olan maraqlı tərəflər kimi çıxış edərək COP29-da müzakirə və qərar qəbuletmə proseslərini zənginləşdirən özünəməxsus fikir, təcrübə və perspektivlər təklif edir. Onların iştirakı iqlim böhranını həll etmək üçün kollektiv öhdəliyi gücləndirərək sahiblənmə, məsuliyyət və həmrəylik hissini gücləndirir.
Azərbaycan Milli QHT Forumu ilə, COP29-un sədrliyi və Azərbaycanla planetimiz üçün ümidli gələcəyə dəstək səylərində həmrəy olduğumuzu bəyan edirik”, - bəyanatda qeyd edilib.
İmzalar:
1. Peter Qorgiyevski – Global Dialoq Forumunun rəhbəri, Avstraliya;
2. Giyorqi Tatar – Dialoq və Kütləvi Zorakılıqların Qarşının Alınması üzrə Budapeşt Mərkəzinin rəhbəri, Macarıstan;
3. Emma Maklennan - EEAST Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansının prezidenti, Böyük Britaniya;
4. Nixil Aziz - Amerika Yəhudilərinin Dünya Xidmətinin nümayəndəsi, ABŞ;
5. Dr. David Apollus - Akross Atlantik İnkişaf Təşkilatının Baş İcraçı Direktor, Böyük Britaniya (ECOSOC statuslu təşkilat);
6. Edda Guiberti - Tripla Difesa O.N.L.U.S təşkilatının Prezidenti, İtaliya (ECOSOC statuslu təşkilat);
7. Evelyn Bisona Fonkem- Aztəminatlıların Rifahı Assosiasiyasının nümayəndəsi, (ECOSOC statuslu təşkilat);
8. Adetola Ojeniyi - Böyük Britaniya və Afrika İnkişaf və Tədqiqat Mərkəzinin nümayəndəsi - Böyük Britaniya (ECOSOC statuslu təşkilat);
9. İanna Mallayka Foundation – Niderland (ECOSOC statuslu təşkilat);
10. Bencamin Yu - El Pozo de Vida təşkilatının nümayəndəsi, Meksika;
11. Aleksiya Klaydon - QHT eksperti, Böyük Britaniya;
12. Frensis Niba - Vətəndaş Təbliğatı Koalisiyasının nümayəndəsi, Böyük Britaniya;
13. Patricia Haydeger - Avropa Ətraf Mühit Bürosunun nümayəndəsi, Belçika;
14. Katalin Hartviq - QHT eksperti, Almaniya;
15. Feliks Masi – “Səssiz Uşaqlar” təşkilatının təsisçisi, ABŞ
16. Nyanq Miçel -ekspert, ABŞ;
17. Sana Ullah - Pakistan Gənclər Təşkilatının rəhbəri, Pakistan;
18. Nik Nvolisa - Gənclərlə iş üzrə ekspert, Nigeriya
19. Mayk Handkok – “Circle of Excellence Group”un rəhbəri, Avstraliya;
20. Peter Mousaferiadis - “Cultural Infusion” təşkilatının rəhbəri, Avstraliya;
21. Əbdülməjid Əmrani - Batna Universitetinin professoru, Əlcəzair;
22. Hassina Hemamid - Batna Universitetinin professoru, Əlcəzair
23. Şehnazz Nadirşah - Meher Roşani Fondunun və Qlobal Dialoq Fondunun nümayəndəsi, Hindistan/Avstraliya;
24. Bencamin Bikford - ekspert, Avstraliya;
25. Priyanga Premaratne - Beynəlxalq Sunşayn Koas İnkişaf Universitetinin tədqiqatçısı, Avstraliya;
26. Uzma Nahid – “Solution for You” təşkilatının təsisçisi, Pakistan;
27. Anumnu İkenna Maykl - Səhiyyə və Ətraf Mühitin Mühafizəsi üzrə GoodWash Fondunun nümayəndəsi, Nigeriya;
28. Alfons Rac - Kəndlərin Rekonstruksiyası və İnkişaf Layihəsinin nümayəndəsi, Hindistan;
29. Vera Daniel - Şəffaflıq Uğrunda Afrika Gənclərinin nümayəndəsi, Nigeriya;
30. Elong Emilienne-Alice, “GDF” Müxtəliflikdə Birlik Təşkilatının nümayəndəsi, Kamerun.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:19 / 30.05.2024
14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb
Hazırda oxunan: 14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb
Hazırda oxunan: 14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb
14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər.
194900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.