Kəlbəcərdə ölkənin ən uzun tuneli tikilir - VİDEO

Hazırda oxunan: Kəlbəcərdə ölkənin ən uzun tuneli tikilir - VİDEO

194878

Baku TV işğaldan azad edilmiş Kəlbəcərdən reportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, reportajda füsunkar təbiəti, gözoxşayan dağları və tarixi memarlıq abidələri ilə zəngin olan Kəlbəcərdə yenidənqurma işlərinin son vəziyyətindən bəhs olunub.

Qeyd edilib ki, burada yol infrastrukturu ilə bağlı görülən ən böyük işlərdən biri Toğana-Kəlbəcər avtomobil yolu üzərində yerləşən Murovdağ tunelidir.
Uzunluğu 12 km-ə yaxın olan bu tunelin artıq 9 km-lik hissəsində işlər görülərək yekunlaşdırılıb, qalan işlər isə sürətlə davam etdirilir.

O da vurğulanıb ki, yenidənqurma işləri çərçivəsində Kəlbəcərdə görülən əsas işlərdən biri də su elektrik stansiyalarının tikintisidir. Elə bunun məntiqi nəticəsidir ki, artıq altı SES tikilərək istifadəyə verilib, dördündə isə tikinti işləri yekunlaşmaq üzrədir.
 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin