Azərbaycanda yeni doğulan körpələrin sayı ilbəil azalır – FOTO

Hazırda oxunan: Azərbaycanda yeni doğulan körpələrin sayı ilbəil azalır – FOTO

194857

“Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır?”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkə hesabında yazıb.

Ekspert bildirib ki, bunu statistikamız deyir:

“Məsələn, çox da uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31,8 %-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb”.

S.Əliyevin sözlərinə görə, azalma özünü daha çox qız uşaqlarında göstərir: “Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-ə yüksəlib”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin