Mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 45-55 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti, bəzi yerlərdə 36° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:47 / 30.05.2024
May ayının son gününə olan hava proqnozu AÇIQLANDI
Hazırda oxunan: May ayının son gününə olan hava proqnozu AÇIQLANDI
Hazırda oxunan: May ayının son gününə olan hava proqnozu AÇIQLANDI
May ayının son gününə olan hava proqnozu AÇIQLANDI. Azərbaycanın fərqli bölgələrində yağışın gözlənilməsi və hava şəraitinin təhlili.
194854
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.