Lənkəranda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb

Hazırda oxunan: Lənkəranda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb

Lənkəranda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb. Uşaq ciddi yanıqlarla xəstəxanada müalicə altındadır.
194751

Lənkəranda 4 yaşlı uşaq məsuliyyətsizliyin qurbanı olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında baş verib. 

2020-ci il təvəllüdlü Elmirin üzərinə qaynar su tökülüb. Xəstə dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardımdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona yanıq şoku, gövdənin ikinci dərəcəli yanığı, bud, çanaq, oynaq nahiyyəsi və baldırın yanığı diaqnozu qoyublar.
Hazırda uşağın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin