Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Türkiyə məzunları paneli təşkil olunub.
Bizim.Media xəbər verir ki, panelin moderatoru Saide Ekmen Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin uğurlarından söz açıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıdakı festivalda türkiyəli yazar Bolat Ünsalin İMZA GÜNÜ keçirilib - FOTO
Hazırda Türkiyədə işləyən Saide Ekmen Bakı Dövlət Universitetini bitirdiyini vurğulayıb.
Türkiyə məzunu aydınlar və iş adamları platformu "Tarihten günümüze Türklerin cihanşümül vizyonu" panelində tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu və QAFSAM sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Azərbaycan və Türkiyə arasındakı təhsil, mədəniyyət, dostluq əlaqələri barədə çıxış ediblər.
Nazim Cəfərsoy Türkiyə xalqlarının coğrafiyasından, Türkiyə və Azərbaycanın dünya siyasətindəki rolundan söhbət açıb.
Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü keçirilib.
Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media