Mayorun qətli ilə bağlı MƏHKƏMƏ BAŞLAYIR

Hazırda oxunan: Mayorun qətli ilə bağlı MƏHKƏMƏ BAŞLAYIR

Azərbaycan Ordusunun mayoru Amil Abdullayevi öldürməkdə təqsirləndirilən kapitan Nizami Abdullayevin cinayət işi üzrə məhkəmə başlanılır. Füzuli hərbi məhkəməsinə göndərilib və hakim Əmrah Nəcəfovun icraatına verilib. İşdə, Amil Abdullayevin qəsdən öldürülməsi ilə bağlı şübhələr müəyyən edilmişdir.
194721

Azərbaycan Ordusunun mayoru Amil Abdullayevi öldürməkdə təqsirləndirilən kapitan Nizami Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.

İş hakim Əmrah Nəcəfovun icraatına verilib.

Qeyd edək ki, ilkin istintaqla, zabit Amil Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Mayor A. Abdullayev Vətən müharibəsinin iştirakçısı olub.

Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin