Başqasının haqqında yalan məlumatı yaymağın və tirajlamağın hüquqi cəzası nədir? – AÇIQLAMA 

Hazırda oxunan: Başqasının haqqında yalan məlumatı yaymağın və tirajlamağın hüquqi cəzası nədir? – AÇIQLAMA 

Başqasının haqqında yalan məlumatı yaymağın hüquqi cəzası barədə məlumat. Hüquqşünasın deyimi əsasında, yalan məlumatlarla əlaqə və şərəfin alçaldılması cinayəti və buna görə tətbiq olunan cəzalar haqqında ətraflı məlumat.
194706

Sosial şəbəkələrdə tanınmış həkim Rəşid Mahmudovun qızının kürəkəni tərəfindən öldürülməsi ilə bağlı xəbərlər yayılıb. Rəşid Mahmudov isə açıqlamasında məlumatı yalanlayıb. O, bildirib ki, bunu tanıdığı şəxslərdən biri edib və mütəmadi olaraq bu işlərlə məşğuldur.

Başqasının haqqında yalan məlumatı yaymağın və tirajlamağın hüquqi cəzası nədir?

Hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, məsuliyyətin dərəcəsi yalan məlumatların mahiyyətindən asılıdır:

“Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtanla bağlıdır. KİV-də şəxsin yalan məlumatlarla ləyaqət və şərəfinin alçaldılması 6 ay azadlıqdan məhrumedilmə ilə cəzalandırılır. Əgər kimsə başqasını ağır cinayətin törədilməsində böhtan atıb ittiham edirsə, cəza ağırlaşır və 3 ilə qədər azadlıqdan məhrum edilir”. 

Ə.Mustafayev onu da qeyd edib ki, yüngül cinayətlərə görə isə kiməsə böhtan atmağın cəzası o qədər də ağır deyil: 

“148.1-ci maddədə isə sosial şəbəkədə saxta, yalançı profilin yaradılması da böhtanatma məsuliyyəti yaradır və 6 aya qədər həbs cəzası verilir. 

Kiməsə böhtan atılıbsa, həmin şəxs məhkəməyə müraciət edə bilər. Məhkəmə bunu təsdiqləyərsə, KİV-də həmin materiallara təkzib məqaləsi verilməli, üzr istənməli və lazım gələrsə, mənəvi zərərə görə, konpensasiya ödənilməlidir”.

Nuranə Daxilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin