Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən Bizim.Media-ya bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb.
Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.
![](http://ssl.bizim.media/file/articles/2024/05/29/1716969838_1716968418_9176edb9-e280-4d31-87d8-c1e9bfe6160e.jpg)
Bizim.Media