Həcc ziyarətinə sənəd qəbulu BAŞA ÇATDI  

Hazırda oxunan: Həcc ziyarətinə sənəd qəbulu BAŞA ÇATDI  

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bildirilib ki, azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub. İlk uçuş iyunun 4-də həyata keçiriləcək. Ziyarət paketinin qiyməti 5850 ABŞ dollarıdır. 1500 kvota ayrılmışdır. Həcc ziyarəti Qurban bayramı ərəfəsində olacaq.

194631

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. 

Bildirilib ki, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub. 

Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək. 

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb. 

Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin