Xocalıya qayıdan sakin: Erməniyə girov düşməmək üçün iki qumbara götürmüşdüm

Hazırda oxunan: Xocalıya qayıdan sakin: Erməniyə girov düşməmək üçün iki qumbara götürmüşdüm

194613

“Sevincimin həddi-hüdudu yoxdur. 32 ildən sonra Vətənə qayıdıram. Vətən bizim üçün hər şeydir”.

Bizim.Media xəbər verir ki, bunu Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Əliyeva Zümrüd jurnalistlərə açıqlamasında deyib.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyən Xocalı sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib:

“Xocalıdakı evimiz, oranın havası və suyu üçün darıxmışam. Xocalıdan dörd övladım, əlimdə iki qumbara və bir bıçaqla çıxmışam. Yoldaşım məni avtomatı yığıb və sökməyi öyrətmişdi. O, mənə dedi ki, erməniyə girov düşmək söhbəti olsa, tank əleyhinə olan qumbaranı erməniyə qarşı, digərini isə özümüzü öldürmək üçün istifadə edərdim. Lakin onları istifadə etməyə ehtiyac olmadı və Naftalanda Xocalı polis şöbəsinə təhvil verdim.

Qayınanam, qayınatam, əmilərim, bacımoğlu, əmimoğlanları və bibilərim Xocalı faciəsinin qurbanları olublar. Yaxın günlərdə də analiz vermişik. Qalıqların içərisində mənim də doğmalarımın olacağına, tapılacağına ümidimiz var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin