Şəhid Xudayar Yusifzadə haqda ironik paylaşım edən gəncin döyülməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
MÖVZU İLƏ BAĞLI:
“Xudayar çoxdandır təzə mahnı buraxmır” deyən şəxs döyüldü - VİDEO
Bildirib ki, nazirlik baş verən hadisə ilə bağlı məlumatlıdır və şübhəli şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
Bildirib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.
Bizim.Media