Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub.
Bizim.Media xəbər verir ki, dünyanın ən hündür tikilisi - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki “Bürc-Xəlifə” qülləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə bürünüb.
Artıq altı ildir ki, ənənə halını alan bu möhtəşəm hadisə bu il də dünyanın ən hündür binasında təkrarlanıb.
Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik missiyalarının təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.
Bizim.Media